Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianə 111 milyona çatır

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 8 apr 2020 [12:38]

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 110 milyon manatı ötüb.

Məlumata görə, bu günə kimi fonda 110 813 763 manat vəsait köçürülüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.


Загрузка...


Oxunub: 6270 dəfə