ABŞ Kabulu, qoşunlarını Əfqanıstandan çıxaracağı ilə hədələdi

  • Bölmə: Dünya   Hərb  
  • Tarix: 7 apr 2020 [22:27]

Kabul Talibanla əsirlərin dəyişdirilməsi barədə razılığa gələ bilməyəcəyi təqdirdə ABŞ qoşunlarını Əfqanıstandan çıxaracaq.

Bizimesr.az xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb. Məlumata əsasən, Əfqanıstan hakimiyyətinə belə bir xəbərdarlıq, iki həftə əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo tərəfindən edilmişdi.

Taliban, Kabulu prosesi yubatmaqda günahlandıraraq, danışıqları davam etdirməkdən imtina etdikdən sonra kanal məlumat yayıb.

Qeyd edək ki, fevralın 29-da imzalanan barışıq sazişinin şərtlərinə əsasən, əsirlərlikdə olan hökumətin min hərbi qulluqçusu müqabilində 5 min radikalın sərbəst buraxılmalıdır. Əsirlərin dəyişdirilməsinin birinci mərhələ aprelin 2-də baş tutmalı idi.


Загрузка...


Oxunub: 6210 dəfə