Azərbaycanda 47 mindən çox insan COVID-19 testindən keçib

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 6 apr 2020 [21:48]

Bu gün Azərbaycanda 2349 nəfər koronavirus testindən keçirilib.

Bizimesr.az-ın məlumatına görə, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 47 102 nəfərdir. Reanimasiyada olan xəstə sayı 4, intubasiya olunmuş xəstələrin sayı 2-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 641, virusdan ölənlər 7, sağalan xəstə sayı 44, aktiv xəstələrin sayı isə 590 nəfərdir.


Загрузка...


Oxunub: 5600 dəfə