UFC Həbib Nurmagomedovu əvəz edəcək döyüşçünün adını açıqlayıb

  • Bölmə: İdman  
  • Tarix: 6 apr 2020 [23:44]

Amerikalı döyüşçü Jastin Gatzi UFC-də Mütləq Döyüş Çempionatının yüngül divizyonda Rusiya çempionu Həbib Nurmagomedovu əvəz edəcək.

Bizimesr.az xəbər verir ki,  Gatzi həmyerlisi Toni Fergusonla döyüşəcək. Döyüşçülər UFC müvəqqəti yüngül çempionu adı uğrunda mübarizə aparacaqlar.

Turnirin aprelin 18-də baş tutacağı bildirilib.  Ancaq məkan hələlik müəyyənləşdirilməyib. Döyüşün əvvəlcə Nyu-Yorkda baş tutması planlaşdırılırsa da, COVID-19 koronavirus pandemiyası səbəbindən tədbir yerli hakimiyyət orqanları tərəfindən qadağan edilib. UFC rəhbəri İnstaqram hesabında “Döyüş Yer kürəsinin hər hansı bir yerində baş verəcək” –deyə açıqlama verib.

 Qeyd edək ki, Justin Gatzi, MMA-da 2 məğlubiyyət və 21 qələbəyə sahibdir. Tony Ferguson karyerasında 28 döyüş keçirib, bunlardan 25-də qalib gəlib. Eyni zamanda, 36 yaşlı amerikalı 12 ardıcıl qələbə seriyasına sahibdir. Fergusonun əvvəlcə Həbib Nurmagomedov ilə görüşü nəzərdə tutulurdu (28 döyüş, 28 qələbə), Lakin UFC yüngül divizionunun dağıstanlı çempionu Nurmaqomedov Rusiya sərhədlərinin bağlanmasını səbəb göstərərək döyüşdən imtina edib.


Загрузка...


Oxunub: 16750 dəfə