Maykl Ceksonun əlcəyi 104 min dollara satıldı

  • Bölmə: Maqazin  
  • Tarix: 6 apr 2020 [15:23]

Amerikalı pop müğənni "Pop kralı" tituluna sahib olan Maykl Ceksonun ağ əlcəyi Texasda keçirilmiş hərracda 104 min dollardan baha satılıb. 

 

Bizimesr.az "The Sun" qəzetinə istinadən xəbər verirki, "Ağ əlcək" sənətçinin 1987-ci ilin sentyabrından 1989-cu ilin yanvarına qədər davam edən "Bad Tour" adlı ilk solo konsert turnesində rinestones ilə bəzədilmişdir. Daha sonralar isə bu aksesuar Ceksonun üslubunun marka atributlarından biri oldu.


Əlcəkdən əlavə, lota 1998-ci ildə UNICEF-ə bağışlanan məktub və müğənninin təsis etdiyi  "MJJ Productions"un zərfi də daxil edilmişdir.


Əlcəyi alan auksionerin adı və kimliyi açıqlanmır.


Загрузка...


Oxunub: 5710 dəfə