Dünya iqtisadiyyatı dayanıb – BVF rəhbəri

Koronavirus pandemiyasına görə dünya iqtisadiyyatı dayanıb. Bizimxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bildirib.


BVF rəhbərinin sözlərinə görə, hazırda dünya iqtisadiyyatında vəziyyət 2008-2009-cü ildəkindən daha pisdir. «Valuyta Fondunun tarixində hələ görməmişdik ki, dünya iqtisadiyyatı dayansın. Biz tənəzzüldəyik, bu – qlobal iqtisadi böhrandan da pisdir». Artıq 85 ölkə koronavirusa qarşı mübarizə aparmaq üçün kömək almaq məqsədilə fonda müraciət edib.

 

Kristalina Georgiyeva əlavə edib ki, koronavirusun nəticələrindən ən çox inkişaf etməkdə olan ölkələr itirəcəklər. Çünki onların iki sahədə – səhiyyə və iqtisadiyyatdakı böhranla mübarizə aparacaq gücü yoxdur. Bununla əlaqədar olaraq fond təcili maliyyələşmə məbləğini 100 milyard dollaradək artıracaq və bu işə özünün bütün ehtiyatlarını – təqribən 1 trilyon dollar səfərbər edəcək.

 

/bizimxeber.az/


Загрузка...


Oxunub: 6370 dəfə