Koronavirusa yoluxmuş Rüştu Recberdən xəbər var

  • Bölmə: İdman  
  • Tarix: 6 apr 2020 [15:03]

Koronavirusa yoluxmuş Türkiyənin futbol üzrə millisinin sabiq qapıçısı Rüştu Recberdən xəbər var.


Bizimxeber.az məlumat verir ki, artıq Rəcbər koronavirusdan sağalaraq xəstəxanadan çıxıb. Bu barədə futbolçunun həyat yoldaşı İşıl Recber açıqlama verib.


Qeyd edək ki, bu yaxınlarda Türk futbolunun əfsanəvi qapıçısının müalicə olunduğu xəstəxanada edilən şərhdə, 46 yaşlı Recberin səhhətinin gündən-günə yaxşılaşdığı vurğulanmışdır. Futbolçunun müalicə aldığı Acıbadem Maslak Xəstəxanasında işləyən Yoluxucu Xəstəliklər Mütəxəssisi. Dr. Serap Gençer və Ağ ciyər Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Gülcihan Özkan Recberin vəziyyətiylə bağlı açıqlama vermişdi. Qeyd olunurdu ki, xəstənin ümumi vəziyyəti günü-gündən yaxşılaşır:


"Reanimasiya xəbəri həqiqətə uyğun deyil. Bir az daha yaxşıdır. Müalicəmiz normal davam edir. Ümid edirik ki, tezliklə sağalacaq".


Загрузка...


Oxunub: 5460 dəfə