Tayland kralı koronavirusa görə 20 gözəllə birlikdə özünü Almaniyada təcrid elədi - FOTO

  • Bölmə: Dünya  
  • Tarix: 31 mar 2020 [13:49]

Tayland kralı 67 yaşlı Maha Vaji­ra­long­korn Almaniyanın Bavariya Alp bölgəsindəki 4 ulduzlu oteli bağlatdıraraq  koronavirus tədbirləri çərçivəsində özünü təcridə başlayıb. 


Bizimesr.az Almaniya KİV-nə istinadən xəbər verir ki, Bavariya rəhbərliyi ilə razılığa gələn kral karantini 20 qadınla birlikdə keçirir.

 

Lakin kralın bu addımı vətəndaşlarının narazılığına səbəb olub. Hazırda Tayland  sosial media vasitələrində minlərlə vətəndaş krala qarşı çıxıb.

 

Hökumət etirazların qarşısını almaq məqsədilə, ölkədə kralı təhqir edən şəxslərin 15 ilə qədər həbs cəzası ala biləcəyi barədə məlumat yayıb.

 

 

 

 

 


Загрузка...


Oxunub: 9170 dəfə