İtaliyada koronavirus qurbanlarının sayı 11 mini keçdi

  • Bölmə: Dünya
  • Tarix: 30 mar 2020 [21:38]

İtaliyada son gün ərzində 812 nəfər koronavirusun qurbanı olub. 

Bizimxeber.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidmətinin başçısı Andcelo Borrelli məlumat verib. 

O qeyd edib ki, ölkədə virusa yoluxanların ümumi sayı 100 min nəfəri ötüb. Koronavirusdan son gün ərzində 812 nəfər ölüb. Bununla da İtaliyada pandemiya qurbanlarının ümumi sayı 11 591 nəfər təşkil edir.


Загрузка...


Oxunub: 4400 dəfə