Koronavirus daşıyıcısına cinayət işi açıldı

  • Bölmə: Hadisə  
  • Tarix: 30 mar 2020 [17:11]

Özünü təcridetmə rejimini pozmaqla həkimi COVİD-19 yoluxduran Krım sakininə cinayət işi açılıb.


Bizimesr.az bildirir ki, bu barədə bölgənin Daxili İşlər Nazirliyinin polis rəisinin müavini Alexander Smaqlin mətbuata açıqlamasında bildirib: "Adam karantini pozdu, müayinə üçün tibb mərkəzinə getdi və həkimi yoluxdurdu.


İnterfaks agentliyinin verdiyi məlumata görə, bu Krımda xaricdən gətirilməyən ilk koronavirus infeksiyası halıdır.


Respublikanın baş sanitar mütəxəssisi Natalya Penkovskayanın sözlərinə görə, təcrid olunmuş şəxsə görə 78 nəfər karantinə alınıb - çünki, hamısı yoluxmuş həkimlə ünsiyyətdə olub.


Qeyd edək ki, martın 29-na olan məlumata görə, Krımda 15 nəfər koronavirusa  yoluxub. 5 minə yaxın insan isə ev karantinində tibbi nəzarətdədir.


Загрузка...


Oxunub: 9420 dəfə