Koronavirusa yoluxmuş Plaçido Dominqo xəstəxanadan evə buraxılıb

Bizimesr.az CNN telekanalına istinadən xəbər verir ki, koronavirusa yoluxmuş dünyaca məhşur ispaniyalı opera müğənnisi Plaçido Dominqo müalicə aldığı Meksikadakı özəl xəstəxanadan evə buraxılıb.

 

Qeyd edək ki, martın 23-də Plaçido Dominqo koronavirusa yoluxduğunu elan etmişdi. Müğənninin dediyinə görə, qızdırma və öskürək səbəbi ilə test müayinəsindən keçib. "Ailəm və mən ayrı qalırıq"- deyə 79 yaşlı sənətçi sosial şəbəkədə qeyd etmişdi.


Daha sonra müğənninin nümayəndəsi Dominqonun koronavirusa yoluxması səbəbiylə Meksikanın Acapulco şəhərindəki özəl bir xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.


Martın 30-da isə Acapulkonun yerləşdiyi Guerrero ştatının Dövlət Səhiyyə İdarəsinin nümayəndəsi Domingonun artıq xəstəxanadan sağalaraq evinə qayıtdığını, vəziyyətinin isə  stabil olduğunu bildirib.


Загрузка...


Oxunub: 7680 dəfə