Yuri Qaqarini kosmosa hazırlayan Adilə həkim vəfat etdi

  • Bölmə: Dünya  
  • Tarix: 30 mar 2020 [14:19]

Bizimesr.az xəbər verir ki, Yuri Qaqarin və onlarla məhşur kosmonavtları kosmosa hazırlayan Adilə həkim vəfat edib.


Tibb elimləri doktoru Adilə Rövqət qızı Kotovskaya, astronavtikanın ən başlanğıc nöqtələrində dayanan elm adamlarından biridir. Həkim ailəsində anadan olan Adilənin  atası məşhur cərrah olub. 
O, valideynləri ilə ilk sovet xəstəxanalarından birinin ərazisində Zemstvo həkimləri üçün tikilmiş taxta evdə yaşayıb.


Seçenov Moskva Tibb İnstitutunun fiziologiya kafedrasının aspiranturasını bitirəndən sonra Hərbi Hava Qüvvələrinin Aviasiya  Tibb  İnstitutunda elmi-araşdırmalarla məşğul olan Adilə Rövqətqızı həyatını kosmonavtika ilə möhkəm və sıx bağlayır.


Əvvəllər heyvanları uçuşa hazırlamağa başlayır. Lakin onun sonrakı əsas fəaliyyəti ilk kosmonavtların seçilməsi və hazırlanması olub. Əvvəlcə Yuri Qaqarin və German Titov, eləcə də "Vostok", "Vosxod" və "Soyuz" kosmik gəmisinin digər heyət üzvləri olub. 1960-cı ildə, həddindən artıq yüklərə qarşı müqavimət göstərdikləri üçün ilk 20 kosmonavt namizədinin seçilməsində iştirak edib.
Adilya Rövqət qızı həmişə raketlər və süni Yer peykləri üzərində ilk bioloji tədqiqat - geofiziki raketlərdə itlərin işə salınması barədə çox maraqlı danışırdı. Beş peyk gəmisində uçmaq üçün şəxsən itlərə təlim keçib. O cümlədən əfsanəvi Layka. 


280-dən çox elmi işin və beş ixtiranın müəllifi olan Adilya Rövqət qızı həyatının 93-cü ilində vəfat edib.


Загрузка...


Oxunub: 13000 dəfə