PKK-nın əsas qadın rəhbəri məhv edildi

  • Bölmə: Dünya  
  • Tarix: 30 mar 2020 [13:35]

PKK-nın qərar qəbul etmə orqanlarının üzvü, KCK rəhbərlik komitəsinin icra məclisinin rəhbəri olan Nazife Bilen Türkiyənin MİT və TSK-ın birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib. Təhlükəsizlik mənbələri PKK terrorçusu Bilenin bu günə qədər zərərsizləşdirilmiş ən yüksək səviyyəli qadın təşkilatlarından biri olduğunu bildirib.


Bizimesr.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, MIT və TSK tərəfindən Kandilə istiqamətində ortaq bir əməliyyat təşkil edib. PKK-nın ali rəhbərlərini ləğv etmək üçün həyata keçirilən əməliyyatda Kandil bölgəsindəki yerli insanlardan və kəşfiyyat elementlərindən bəhrələnib.


Bu çərçivədə MİT, aylar əvvəl bölgədə qurduğu yerli şəbəkə elementləri vasitəsi ilə hədəf haqqında ani məlumat toplamağa başlayıb. Əməliyyata mülki şəxslərin təsir göstərməməsi və hədəfi bir vuruşla məhv etmək üçün ətraflı araşdırmalar aparılıb.


Bəzi MIT əməkdaşları əməliyyatdan qısa müddət əvvəl təhlükəsizlik səbəbiylə müxtəlif ərazilərə göndərildi.


Qeyd olunub ki, PKK Terror təşkilatı lideri Abdullah Öcalanın Suriya və Livanda siyasi və hərbi təlimə cəlb etdiyi PKK qadın hərəkatının qurucuları arasında Bilen də olub. KCK rəhbərlik komitəsinin 6 aktiv üzvündən biri məhz Nazife Bilen olub.


Загрузка...


Oxunub: 7870 dəfə