Rusiya COVID-19 ilə mübarizə üçün 3 dərman hazırlayıb

  • Bölmə: Dünya  
  • Tarix: 30 mar 2020 [12:03]

Rusiyada artıq COVID-19 koronavirusunun yaratdığı infeksiyanı nəzəri baxımdan təsirli edə bilən üç dərman hazırlanıb.


Bizimesr.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, biotibbi elmləri bölməsinin rəhbəri, akademik Vladimir Çexonin məlumat verib.

 

Onun sözlərinə görə, bir neçə il əvvəl Rusiya Elmlər Akademiyasının (REA) Postovskiy adına  Üzvi Sintez İnstitutu (İOS) Ural şöbəsi  "triazavirin"  pereparatı hazırlamışdı. İndi onun tənəffüs virus infeksiyasının müalicəsi üçün nəzərdə tutulan inqalyasiya forması hazırlanıb. Vladimir Çexonin bildirib ki, Çin həkimlərinin də maraq göstərdiyi dərman artıq tətbiq olunmağa hazırdır. 


Həmçinin İOS, Moskva Zelinsky Üzvi Kimya İnstitutu ilə birlikdə, Rusiya dərman sənayesinin tələblərinə uyğun olaraq, Yapon dərmanı "favipiravir" üçün sintez sxemi yaradıb. Dərman bir çox viruslarla yanaşı, həmçinin yeni növ COVID-19 qarşı mübarizə məqsədilə hazırlanıb. Dərman sınaq üçün hazırdır.


Nəhayət, koronavirusa qarşı üçüncü potensial silah "fortopren" adlanır.  Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi ilə İOS birlikdə hazırlanmış dərman "Fosprenil" preparatı əsasında yaradılıb. Artıq heyvanlarda koronavirus infeksiyalarının müalicəsində istifadə olunan bu dərman klinik sınaqların bütün mərhələlərini keçib.


Загрузка...


Oxunub: 8240 dəfə