ABŞ-da I Love Rock n Roll hitinin müəllifi coronavirusdan öldü

  • Bölmə: Dünya  
  • Tarix: 30 mar 2020 [11:23]

ABŞ musiqi aləmi daha bir ağır itki ilə üzləşdi. 

 

Bizimesr.az "The Hill" qəzetinə istinadən xəbər verir ki, koronavirusa yoluxmuş, məşhur "I Love Rock n Roll" hitinin müəllifi olan amerikalı musiqiçi Alan Merrill dünən Nyu-Yorkda 69 yaşında vəfat edib.


"Koronavirus atamın həyatını aldı"-deyə qızı rok müğənnisi Laura Merrillin sosial şəbəkədə yazıb.

 

Özü karantində olan Laura Merrillin, amerikalıları koronavirusla mübarizə tədbirlərinin həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb: “Evdə qal. Özünüzü düşünmürsüzsə heç olmasa başqalarını düşünün. Atamın xatirinə evdə qalın".


Qeyd edək ki, Alan Merrill, "I Love Rockn Roll" mahnısını 1975-ci ildə, "Arrows" qrupunda ifa edərkən yazıb. Kompozisiya 1982-ci ildə, amerikalı rok müğənnisi Joan Jett tərəfindən yeni versiyada ifa ediləndən sonra dünyaca məşhur olub. Mahnının yeni versiyası dinləyicilər arasında 7 həftə ərzində "Billboard Hot 100" reytinq qrafiklərinin ilk pilləsini tutub.




Загрузка...


Oxunub: 5440 dəfə