UFC-nin Çempionu həbs olundu!!

  • Bölmə: İdman  
  • Tarix: 27 mar 2020 [15:25]

 

 UFC-nin yarım-ağır çəki dərəcəsində çempionu, amerikalı döyüşçü Con Cons sərxoş vəziyyətdə və maşınında atəş açılmış silahla, polislər tərəfdən tutulmuşdur. 


“Nyu Mexiko” polisi açıqlamasında  bildirir ki, həmin gün polisdə  ərazidə  silah səsi eşitdiklərinə dair vətəndaşlar tərəfindən  telefon zəngləri olunub.Hadisə yerinə gedən polislər Conu sərxoş vəziyyətdə tutublar. Polis tərəfindən tutulan döyüşçünün maşınında atəş açılmış silah və yarımçıq tekila aşkarlanıb.

 

Məlumat üçün qeyd edək ki, bu döyüşçünün ilk həbsi deyil. Buna  qədər Con Cons  birneçə dəfə polis tərəfindən saxlanılıb və 1 dəfə də həbs həyatı yaşayıb. Və onuda əlavə edək ki, Con Cons UFC-nin ümumi döyüşçülər reytinqində birinci yerdədir.


Загрузка...


Oxunub: 14700 dəfə