Xəstəxanada olan Fatih Terimdən futbolçulara ismarıc

  • Bölmə: İdman  
  • Tarix: 27 mar 2020 [10:53]

"Qalatasaray"ın təcrübəli məşqçisi Fatih Terim, koronavirusdan müalicə aldığı xəstəxanadan futbolçulara mesaj göndərib.


Bizimxeber.az xəbər verir ki, dörd gündür müalicə alan Fatih Terim xəstəxana otağında video çəkib futbolçulara göndərib: "Narahat olmayın, mən yaxşıyam. Özünüzə qayğı göstərin. Verilən təlimatlara hərfbəhərf əməl edin. Qətiyyən evdən çölə çıxmayın".


Yalnız öskürək şikayətinin olduğu bildirilən 66 yaşlı Terimin qızdırmasının normal səviyyədə olduğu qeyd olunub.


Nəvələrindən böyük dəstək 


Məlumata əsasən, Fatih Terimin nəvələrinə tez-tez telefonda video zənglər etməsi və bununla da əhval-ruhiyyəsinin yüksək səviyyədə olması bildirilir.


Bütün Futbol camesi Terimin sağlamlığı üçün dua edir.


İlk mesaj hələ xəstəxanada müalicə alan Abdurrahim Albayrakdan gəlib. 


"Dualarınız üçün təşəkkür edirəm. Səhhətim yaxşılaşır. Tezliklə yenidən görüşəcəyik. Hamınızı çox sevirəm." - deyə Albayrak bildirib.


2 böyük şəxsiyyət Fatih Terim və Abdurrahim Albayrakın koronavirusa yoluxması xəbərləri ilə böyük bir şoka girən "Qalatasaray" fanatlarına dünən müjdəli bir xəbər verilib. Belə ki, klubun verdiyi rəsmi açıqlamaya görə, prezident Mustafa Cengiz və ailəsinə edilən koronavirus testinin nəticəsi mənfi olub. Eynilə, iki gün əvvəl profilaktika məqsədilə xəstəxanaya aparılan vitse-prezident Yusuf Günayın testinin də mənfi olduğu bildirilib.


DUALARIM TÜRKİYƏ ÜÇÜN


Bir müddət "Qalatasaray" da çalışan İtaliya Milli Komandasının baş məşqçisi Roberto Mancinidən də mesaj gəlib: "Müvəffəqiyyətli müəllim, bu mesaj yalnız Qalatasaray, Beşiktaş, Fənərbaxça tərəfdarı üçün deyil, bütün Türkiyə üçündür. Türkiyəni çox sevirəm, sizin üçün dua edirəm" deyə Mancini yazıb.

Böyük Ademdən dəstək


Qalatasaraylı Adem Büyük qlobal epidemiyaya biganə qalmayıb. O, Səhiyyə Nazirliyinə 100 min maska, 15 min test dəsti və 3 min qoruyucu cihaz bağışlayıb. 




Загрузка...


Oxunub: 6670 dəfə