Həbib Nurməhəmmədov Dubayda döyüşəcək

  • Bölmə: İdman  
  • Tarix: 18 mar 2020 [12:46]

Lasveqasda keçirilməsi planlaşdırılan Həbib Nurməhəmmədov-Toni Ferquson döyüşünün  koronavirus səbəbi ilə təxirə salınacağı bildirilsə də Dağıstandan bu məsələyə aydınlıq gətirilib. 

 

Bizimxeber.az xəbər verir ki, bu barədə məlumatı dağıstanlı döyüşçünün atası Əbdülmanaf Nurməhəmmədov bildirib ki, döyüş Dubayda keçiriləcək.

 


Xatırladaq ki, Həbib Nurməhəmmədov son döyüşünü Abudabidə keçirib. Həmin döyüşdə məşhur amerikalı döyüşçü "Almaz" ləqəbli Dastin Porrieryə 3-cü raundda boğucu fənlə, vaxtından öncə qalib gəlmişdir.


Загрузка...


Oxunub: 13600 dəfə