87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizədlər birgə BƏYANAT yaydı - FOTO

Bu gün 09 fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığı qeydə alınmış namizədlər etiraz BƏYANATI yayıb. 

 

Bəyanatda qeyd olunub: 

 

Biz, aşağıda imza edən deputatlığı qeydə alınmış namizədlər bəyan edirik ki, 09 fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində insan haqları haqqında bəyənnamənin 21-ci maddəsinin birinci bəndində və Avropa İnsan Hüquqları və əsas azadlıqları haqqında konvensiyanın 1 saylı protokolunu 3-cü maddəsində təsbit edilmiş hüquqlarımız pozulmuşdur. Bununla yanaşı, seçki prosesi zamanı Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddənin 1-ci bəndi də kobud şəkildə pozulmuşdur. 

 

09 fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndə vəkil edilmiş şəxs və müşahidəçilərimizin seçki komissiyaları tərəfindən seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qeydə aldığı yüzlərlə videogörüntülər vardır. 

 

Buraya “karusel”, bülletenlərin topa sayda atılması, müşahidəçilərə lazımi şəraitin yaradılmaması, seçki prosesi zamanı onlara təzyiq olunması, bülleten çatışmamazlığı, namizədlərin səsini saxtalaşdırılması, inzibati resurslardan istifadə, əvvəldən qeyd olunmuş hazır bülletenlər kimi onlarla fakt daxildir. Bütün bunlar mediada-sosial şəbəkələrdə də yayılmışdır və Seçki Məcəlləsinə görə, ciddi qanun pozuntuları kimi təsbit olunub. Baş verən qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına da müraciət ünvanlamışıq. 

 

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizədlər birgə BƏYANAT yaydı - FOTO


 

Ona görə də bütün bu faktları nəzərə alaraq keçirilmiş seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edir, eyni zamanda 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirik. 


Bəyanatı namizədlər Qocamanov Ayaz İlyas oğlu, Piriyeva Aytən Sədaqət qızı, Əliyev Elşən Alik oğlu, Hüseynov Ağasən Babacan oğlu, İmanov Vüsal Elxan oğlu və  Rəhimli Xatirə Əziz qızı imzalayıb.


Загрузка...


Oxunub: 26260 dəfə