436 hərbi qulluqçuya mənzil verilib - Fevral ayında təqdimatı gözlənilir

Hərbi qulluqçulara Hövsan Yaşayış Kompleksindən verilmiş mənzillərin təqdimatı üçün bütün hazırlıq işləri yekunlaşıb. Bu barədə Bizim Əsr-ə ehtiyyatda olan polkovnik-leytenant Məmmədov bildirib.  Belə ki, 2019-cu ilin dekabr ayının 13-dən etibarən hərbçilərə veriləcək mənzillərin çıxarış sənədlərinin notarial qaydada hazırlanması prossesi yekunlaşıb. Artıq hərbçilərin hamısına onlara təqdim olunacaq mənzillərin otaq sayı, bina, giriş, mərtəbə və mənzil nömrələri barəbə məlumat verilib. 


Hazırda Hövsan Yaşayış Kompleksi açılış mərasimi üçün hazır vəziyyətə gətirilib. Kompleksin açılışı  Ali Baş Komandan İlham Əliyev tərəfindən fevral ayının 20-nə kimi həyata keçiriləcəyi gözlənilir.


Qeyd edək ki, ötən ilin dekabrın 21-də ölkə prezidentinin "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclasında Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov mənzil növbəsində olan 436 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması barədə qərarını açıqlayıb.

 

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 763 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.

 

Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilib.


Загрузка...


Oxunub: 13790 dəfə