Məzahir Pənahov DSK-ların çoxuna haqq qazandırdı : “Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib”

  • Bölmə: Siyasət  
  • Tarix: 14 fev 2020 [03:35]

“Seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib, məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var”. 


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, müşahidəçinin vəzifəsi orada seçkini müşahidə etməkdir: “Məntəqədə komissiyaya göstəriş vermək müşahidəçinin hüququ deyil. Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib. Bu pozuntular hətta cinayət tərkibi ola biləcək pozuntulardır”. apa


Загрузка...


Oxunub: 3920 dəfə