35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub

  • Bölmə: Siyasət  
  • Tarix: 14 fev 2020 [02:15]

MSK 35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələrini ləğv edib.

 

Müraciət barədə MSK-nın katibi Ramiz İbrahimov məlumat verib.


Müraciətdə qeyd olunub ki, protokollar namizədlərə verilməyib. Səslərin yenidən sayılması və İqbal Ağazadənin qalib elan olunması xahiş olunub.
Bundan əlavə, səslər sayılarkən qanun pozuntularına yol verildiyi bildirilib.


R.İbrahimovun sözlərinə görə, araşdırma zamanı seçicilərin iradəsinin təmin olunmasının mümkünsüzlüyü müəyyən edilib. Belə ki, 33 məntəqədən 30-da belə hal aşkarlanıb. Ona görə də hazırki durumda səslərin yenidən sayılması mümkün deyil.


MSK rəsmisi təklif edib ki, bu səbəbdən həmin dairədə səsvermənin nəticələri etibarsız hesab olunsun.
Təklif səsə qoyularaq qəbul edilib və 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının nəticələri ləğv edilib.


Qeyd edək ki, bu dairədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu lider namizəd elan olunmuşdu.


Загрузка...


Oxunub: 4380 dəfə