AQTA sədri: Azərbaycana idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsulda koronavirus təhlükəsi araşdırılır

"Onsuz da Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi. Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olub". 


Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bundan öncə də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvanlar, nə heyvan mənşəli məhsullar, nə quş əti idxal olunurdu: "Olunsa da, miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyil ki, onun qarşısının alınması bizdə hər hansı ərzaq təhlükəsizliyi faktının ortaya çıxmasına səbəb olsun. Bu həftədən etibarən Azərbaycanda  koronavirusla bağlı beynəlxalq standartlara uyğun olan ekspertiza həyata keçirdə bilirik".


Sədr qeyd edib ki, Azərbaycana idxal olunan istənilən  heyvan və heyvan mənşəli məhsullar, diri heyvanların hamısında koronavirus araşdırılır və bugünədək heç bir məhsulda şübhəli fakt aşkar olunmayıb. apa


Загрузка...


Oxunub: 11420 dəfə