Prezident İlham Əliyev Kürdəmir rayonunda səfərdədir

  • Bölmə: Siyasət  
  • Tarix: 12 fev 2020 [23:34]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gedib. 

 

Ölkə başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. 

 

Daha sonra Prezidenti İlham Əliyev Kürdəmir rayonunda Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Səfər çərçivəsində prezident həmçinin rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatında iştirak edib.

 

Daha sonra İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb. Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb. 

İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında da iştirak edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb. Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib. Sonda xatirə şəkli çəkdirilib.




Загрузка...


Oxunub: 4430 dəfə