Hacı Qalibin oğlu da deputat seçildi

  • Bölmə: Siyasət  
  • Tarix: 11 fev 2020 [03:39]

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı yekun nəticələrə əsasən, Milli Məclisdə mandat hüququ qazanan YAP namizədi Əliabbas Salahzadə sabiq deputat Qalib Salahzadənin oğludur. 


Bizim Əsr bizimxeber.az-a istinadən xəbər verir ki, 27 saylı Sabunçu İkinci Seçki Dairəsində mübarizə aparan namizəd hələ ki, 57.6 % səs toplayaraq liderdir.O, 10 ildən çox Sabunçu Rayon İcra Hakimiyyətində çalışıb.Qeyd edək ki, Əliabbas Salahzadənin atası Hacı Qalib Salahzadə Şeyx Allahşükür Paşazadənin qudasıdır. Eyni zamanda Şeyxin qardaşı Cavanşir Paşazadə də 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində qalib olaraq mandat hüququ qazanıb.


Загрузка...


Oxunub: 13450 dəfə