İqbal Ağazadə də açıqlama yaydı: “…qapıdan yox, pəncərədən qaçdı”

  • Bölmə: Siyasət  
  • Tarix: 11 fev 2020 [00:11]

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd “Ümid” Partiyasının sədri İqbal Ağazadə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticlərinə münasibət bildirib.

 
Bizimesr bizimxeber.az-a istinadən xəbər verir ki, İqbal Ağazadə seçki prosesində ciddi qanun pozuntularının olduğunu bəyan edib. “1 saylı məntəqə istisna olmaqla 29 məntəqənin heç birində protokollar verilmədi. Səslər sayılarkən nümayəndlərimiz tərəfindən videolentə alınıb. İstisnasız olaraq bütün məntəqələrdə böyük səs çoxluğu ilə qalib gəldik. Bununla bağlı videofaktlar var”, – deyə “Ümid” sədri vurğulayıb.


İqbal Ağazadə qeyd edib ki, beynəlxalq müşahidəçilərin gözü qarşısında nümayəndələrinə basqılar olub. “Müşahidəçilərimiz, nümayəndlərimiz məntəqələrdən çıxarıldı. Bəzi məntəqə sədrləri qapıdan yox, pəncərədən qaçdı. Bütün bunlar ATƏT Müşahidə Missiyasının gözü qarşısında baş verdi. Bununla da ölkənin imicinə ziyan vuruldu”, – deyə  o bildirib.


“Ümid” sədri əlavə edib ki, problemin hüquqi müstəvidə həllinə çalışır: “Artıq şikayətlərimiz təqdim etmişik. Əlimizdən nə gəlirsə edəcəyik ki, məsələ hüquqi müstəvidə həll olunsun”.


35 saylı dairədə İqbal Ağazadənin əsas rəqibi Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğludur. “Exit-poll”un nəticələrinə görə Rauf Arifoğlu qalib gəlib. Lakin Mərkəzi Seçki Komissiyası (MSK) hələ ki, bu dairə ilə bağlı nəticələri açıqlamayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, sözügedən dairədən şikayətlər var.


Загрузка...


Oxunub: 13680 dəfə