Erkin Qədirli: Mandatdan imtina etməyəcəyəm

  • Bölmə: Siyasət  
  • Tarix: 11 fev 2020 [01:31]

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan "REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirir.


Məlumata görə, E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: "Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.O iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: "Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.


İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.


Erkin Qədirli mandatdan imtina etməyəcəyini də bildirib.


Загрузка...


Oxunub: 14110 dəfə