Ayaz Qocamanovun seçki qərargahı yekun məlumat yaydı – FOTO- VİDEO

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz Qocamanovun təbligat-təşviqat kampaniyası bu gün də davam edib. Namizədin seçki qərargahından Bizimxeber.az-a verilən məlumata görə, bu gün Padarqışlaq, Yenilik kəndlərinə insanların təkrar istəyi ilə gedən Ayaz Qocamanov bir daha izdihamla qarşılanıb, insanların problemlərini dinləyib, seçki platforması barədə daha ərtaflı məlumat verib.

Kəndlərdə namizədi çal-çağırla qarşılayan insanlar ona dəstək verdiklərini, seçkilər günü məhz ona səs verəcəklərini bir daha bəyan ediblər. Namizəd  bir daha ona göstərilən səmimi münasibətə və inama görə kənd sakinlərinə təşəkkür edib, daim onların dəstəyində olacağına söz verib.

 

Daha sonra Ağsu Mədəniyyət sarayında Ayaz Qocamanovla rayon sakinlərinin izdihamlı görüşü baş tutub. Görüşdə namizədin vəkilləri və bütün komanda üzvləri iştirak edib. Seçki platforması və görüləcək işlər barədə ətraflı məlumat verən namizəd təşviqat günlərində onunla birgə olan, böyük dəstək verən hər kəsə təşəkkür edib. Ağsu rayonun bütün kəndlərində seçicilərlə görüşdüyünü bildirən namizəd onun səmimi qarşılayan insanlara səslənib: “Məni səmimi, gülərüz, izdihamla qarşıladığınız üçün hər kəsə təşəkkür edirəm. İnanıram ki, səsvermə hüququ olan hər kəs 9 fevralda seçkiyə gedəcək və Ağsunun gələcəyi naminə” səs verəcək”.

 

Bu gün Ayaz Qocamanovun seçki qərargahı təbliğat-təşviqat kampaniyası dövründə görülən işlərlə bağlı yekun məlumat da yayıb. Məlumatda qeyd olunur ki,  87 saylı Ağsu-İsmayıllı seçki dairəsidə 41290 nəfər seçici var. Geniş tərkibli görüşlərdə planlaşdırılan layihələr, proqramlar dairənin ərazisində olan sakinlərlə bölüşülüb. Seçicilərlə sosial şəbəkələrdə də ünsiyyət qurulub, bu müstəvidə də böyük işlər görülüb.

 

Təbliğat-təşviqat kampaniyası zamanı Ayaz Qocamanovun komandası öz fəaliyyətini qanunvericiliyə uyğun şəklildə həyata keçirib. Seçki Qərargahı seçiciləri seçki günü fəal olmağa, seçkilərdə iştirak etməyə və layiq bildikləri namizədə səs verməyə çağırıb.

 

AYAZ QOCAMANOVUN SEÇKİ PLATFORMASI İLƏ BİR DAHA TANIŞ OLAQ


*Dövlətə və dövlətçiliyə sadiq qalmaq
* Yeni parlamentdə islahatçı fikir və ideyaların təklif edilməsi
* Sosial-iqtisadi problemlərin həlli məqsədi ilə iş yerlərinin yaradılması
* Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə, ahıllara, xüsusi qayğıya ehtiyacı olan insanlara xüsusi diqqətin yetirilməsi
* Ağsuda Millət vəkili varlığının köklü şəkildə hiss edilməsi
* Xarici iş adamlarının bölgəyə cəlb edilməsi, zavod və fabriklərin yaradılmasına nail olmaq
* Dövlət büdcəsindən rayona subsidiyaların artırılmasına çalışmaq
* Kəndlinin problemlərinin həll edilməsi
* Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla çıxarılması üçün tədbirlərin görülməsi
* Rayon və kəndlərdəki problemlərin Milli Məclisdə səsləndirilməsi və həllinə nail olmaq
* Ağsu rayonunda mədəni və tarixi irsin qorunması
* Seçicilərə münasibətdə VİCDANIM VƏ ŞƏRƏFİM prinsipinə sadiqlik…

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış marketinq mütəxəsisidir.



 

 


Загрузка...


Oxunub: 8170 dəfə