Pakistanda güclü qar – ölü sayı 57-yə çatıb

  • Bölmə: Dünya  
  • Tarix: 14 yan 2020 [13:15]

Pakistanın Pəncab, Bəlucistan, Sind və Azad Kəşmir regionlarına yağan güclü yağış və qar nəticəsində ölənlərin sayı artıb.


Biziməsr.az kratko-news.com-a istinadən bildirir ki, Pakistanda ən böyük insan tələfatı və maddi ziyan Bəlucistan əyalətində qeydə alınıb. Regional Mülki Mühafizə Xidməti son 24 saat ərzində vilayətdə 57 nəfərin öldüyünü bildirib.


Həlak olanların əksəriyyəti, yığılan qarın altında evlərin damların çökməsi səbəb olub. Güclü qar Pakistanda bir çox magistral yolların bağlanması zərurətini yaradıb. Pəncab əyalətində də güclü yağış səbəbindən evlərin damları çöküb.


Qonşu Əfqanıstan da təbii fəlakətdən yan qaça bilməyib. Qəndəhar, Herat və Helmand əyalətlərində güclü qar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən az 18 nəfərin həlak olduğu bildirilir.


Dərin qar və uçqun təhlükəsi səbəbindən bir çox yol bağlanıb. Paytaxt Kabildə havanın temperaturu mənfi 15 dərəcəyə çatıb.


Загрузка...


Oxunub: 3020 dəfə