Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ çempionatında

  • Bölmə: İdman  
  • Tarix: 11 yan 2020 [15:45]

Almaniyanın "Pröyssen Munster" klubu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla yollarını ayırıb.


Qaynarinfo xəbər verir ki, bu barədə klubun idman direktoru Malte Metselder açıqlama verib. O, 29 yaşlı hücumçunun davranışlarından narazı qalmalarını səbəb göstərib:

 

"Bizə üzləşdiyimiz vəziyyətdə komandaya can-başla qulluq edən və 100 faiz sadiq olan oyunçular lazımdı. Təəssüf ki, Rüfət daha komandanın bir hissəsi olmaq istəmir və şəxsi ambisiyasını komanda yoldaşlarının məqsədlərindən önə çıxarıb. Son zamanlar o, bir daha klubumuzun formasını geyinmək istəmədiyini bizə dəfələrlə bildirirdi".


Rüfət karyerasını ABŞ çempionatında dava etdirəcək. Belə ki, o, ikinci liqa təmsilçisi "Feniks Rizinq"lə müqavilə imzalayacaq.


Xatırladaq ki, Dadaşov 2018-ci ilin yayından üçüncü bundesliqa təmsilçisi "Proyssen"ə transfer olmuşdu. O, ötən mövsüm 32 oyuna 8, bu mövsüm isə 20 oyuna 6 qol vurub


Загрузка...


Oxunub: 3820 dəfə