Qarabağla bağlı növbəti təxribat: XİN hərəkətə keçdi

  • Bölmə: Siyasət  
  • Tarix: 10 yan 2020 [23:04]

Bir müddət əvvəl, Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.


Xarici İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin Horizon 2020 proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.


Загрузка...


Oxunub: 1860 dəfə