Namizədlərin qeydə alınması başa çatdı

  • Bölmə: Siyasət  
  • Tarix: 10 yan 2020 [18:47]

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.


Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.


Belə ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən başlayıb, 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edib.


Загрузка...


Oxunub: 1550 dəfə