Zakir Fərəcovun bütün varidatı üzə çıxdı – Şok siyahı

  • Bölmə: Siyasət  
  • Tarix: 10 yan 2020 [13:26]

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı ZAkir Fərəcovun biznes və mülklərinin, çoxlu sayda şirkətlərinin və çoxlu sayda obyektlərinin siyahısı üzə çıxarılıb.


Bizimxeber.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist-blogger Həbib Müntəzir məlumat paylaşıb. Məlumata görə, siyahıda çoxlu sayda bahalı villalar, xeyli restoranlar, yaşayış massivi, mənzillər, şirkətlər, estetika və ticarət mərkəzləri, müxtəlif daşınmaz əmlak və çoxsaylı obyektlərin adları qeyd edilir.


Araşdırmadakı siyahısı bitmək bilməyən həmin məlumatı olduğu sizə təqdim edirik:


“15 illik icrabaşı Zakir Fərəcovun Sumqayıt Krallığı. Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb. Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı. Bəs, bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb?


Buyurun, Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olun, oxuyun və PAYLAŞIN:

 

RESTORAN və OBYEKTLƏR:

 

Sumqayıtda “Şahənə” şadıq sarayıNovxanıda dəniz kənarında “Kalyon” restoranıYeni Bulvar ərazisində “Dəniz”restoranıSumqayıtın girişində OS- OİLSumqayıtda “İST” petrol (50% onundur)Sumqayıtda “Səda Store”13-cü mikr-da “Qold Qayalı” super ticarət şəbəkəsi (50% şərik)Sumqayıt bulvarına bitişik yaşayış massiviKuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranıSumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalıTürkiyədə eyni, NORF markalı içkilərin istehsalıQızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi“Kimyaçılar” sarayı qarşısındakı “Zəfəran” restoranı

 

MƏNZİL və VİLLALAR:

 

 

Qurd dərəsi və Novxanı bağlarında 6 villasıCorat kəndində 1 villasıİzmirin Kuşadasında villasıSumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzilBinəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzilSumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villaNovxanıda hektarlarla bağ sahəsi

Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

 

ŞİRKƏTLƏR:


“Əsnayə MMC” şirkəti (kürəkəni Əkrəmindir)“LC-2008 MMC” şirkəti (kürəkəni Müşviqindir)“RAMİL-2000” Fərdi Firması (kürəkəni Müşviqindir)“Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.


QOHUMLUQLAR:


Qardaşı millət vəkili Nazim FərəcovOğlu Nizami rayon prokurorunun müavini Pərvin FərəcovBacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov. (Belində silahla fırlanır)Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd HəsənovBacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn HəsənovQudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi SəlimzadəQudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif ZeynallıKürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyev. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq QuliyevQardaşının qudası Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə ƏhədovZakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. “NORF” adlı içkilər buraxır.Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır.Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür.”


Загрузка...


Oxunub: 2430 dəfə