Yunanıstanın Baş naziri Türkiyəni sanksiyalarla hədələdi

  • Bölmə: Dünya  
  • Tarix: 20 iyn 2019 [10:40]

Kiprin və Yunanıstanın suveren hüquqları pozulduğu təqdirdə Türkiyəyə Avropa Şurası tərəfindən sanksiyalar tətbiq oluna bilər.

Bu barədə Yunanıstanın Baş naziri Aleksis Tsipras Xarici İşlər və Müdafiə Şurasının növbədənkənar iclasında deyib.

O bildirib ki, Türkiyə qanunsuz olaraq Kiprin iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparır.

“İlk növbədə onu qeyd etmək istəyirəm ki, bütün yunanlar özlərini təhlükəsizlikdə hiss etməlidirlər”, - A.Tsipras bildirib.

Onun sözlərinə görə, Yunanıstan son zamanlarda daha güclü beynəlxalq birliklər formalaşdırıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 4260 dəfə