“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri

  • Bölmə: İdman
  • Tarix: 17 iyn 2019 [10:33]

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Oxu.Az xəbər verir ki, püşkatmadan bir gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

“Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi sabah saat 14:30-da başlayacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 4020 dəfə