Ərdoğan Azərbaycan və Gürcüstanla müdafiə sazişini təsdiqlədi

  • Bölmə: Siyasət  
  • Tarix: 12 iyn 2019 [10:38]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib.

Bununla bağlı məlumat “Resmi Gazete”də dərc olunub. 

Bildirilib ki, saziş  2019-cu il iyunun 11-dən qüvvəyə minir.

Xatırladaq ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa dair saziş 2018-ci il martın 31-də Giresunda imzalanıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 810 dəfə