Üç ölkənin Müdafiə naziri Azərbaycanda bir araya gələcək

  • Bölmə: Siyasət  
  • Tarix: 11 iyn 2019 [05:36]

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 1150 dəfə