UEFA Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti verdi

  • Bölmə: İdman  
  • Tarix: 27 may 2019 [09:24]

Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

AFFA-nın saytında verilən məlumata görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 8150 dəfə