İlham Əliyev: Qarabağ münaqişəsi AXC-Müsavat rejiminin acı mirasıdır

  • Bölmə: Siyasət  
  • Tarix: 27 may 2019 [08:18]

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır. 

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

“Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib”, - deyə dövlət başçısı bildirib. 

İlham Əliyev qeyd edib ki, son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb:

“Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilib. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. 

Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa, görər ki, Azərbaycan işğala məruz qalan ölkədir”.

Bizimesr.az


Загрузка...


Oxunub: 4170 dəfə