Bred Pitt, Leo Di Kaprio, Kventin Tarantino yeni filmlərinin premyerasında – FOTOLAR

Mayın 21-də Kann kinofestivalında Kventin Tarantinonun “Bir dəfə Hollivudda” (Once upon in time in Hollywood)  filminin dünya premyerası olub.
 
Festivallar sarayında təqdim olunan film “Qızıl palma budağı”na əsas namizədlərdən sayılır. 
Filmin təqdimatında rejissor Tarantino, həmçinin baş rolların ifaçıları Bred Bitt, Leonardo Di Kaprio və Marqo Robbi də iştirak edib.
 
“Kventin böyük kinematoqraf ənənəsinin əsas nümayəndələrindən biridir”, - deyə Di Kaprio bildirib. 
Bred Pitt isə öz növbəsində bildirib ki, film Tarantinonun Hollivuda və kinoya sevgi mesajıdır.
 
Aftoqraf və şəkil çekmə mərasimindən sonar ulduzlar filmin nümayiş etdirildiyi zala qalxıblar.
 
Film festivalın əsas proqramına son anda daxil edlib. Rejissor ekran əsəri üzərində işləri Kann müsabiqəsinin açılışına qədər başa çatdırmaq üçün əlindən gələni edib.
 
Qeyd edək ki, Tarantino 1994-cü ildə artıq “Qızıl palma budağı” mükafatına layiq görülüb. 
 
Bizimesr.az


Загрузка...


Oxunub: 4640 dəfə