Sənədsiz evlərin problemi: Prezident tapşırıb, Eldar Əzizov yubadır – “…mümkün deyil”

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 17 may 2019 [16:59]

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov paytaxt sakinlərini daha çox narahat edən problemlərdən olan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsindən danışıb.

Binəqədi rayonunda sakinlərlə görüşündə E.Əzizov bildirib ki, bu problem 10 illiklərdən bəri yığılıb qalmış problemdir: “Ölkə başçısı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır.

Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri bir anda həll etmək mümkün deyil, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır”.

Bizimesr.az


Загрузка...


Oxunub: 1220 dəfə