Nizami DYP-dəki biabırçılığa kim son qoyacaq? Firdovsi Yusubov 40 manatla milyonçu olacaqmı?

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 15 may 2019 [20:16]

Bu günə kimi Daxili İşlər naziri, cənab Ramil Usubovun əmri ilə işində yol veridiyi nöqsanlara görə, DYP-nin bir neçə rəisi vəzifədən qovulub, onlarla polis əməkdaşına töhmət verilib. Ki, polis vətəndaşlarla normal rəftar etsin, vətəndaş polisinə inansın və ən əsası qanunun aliliyinin keşiyində dursun.

Amma, məhz bəzi polis əməkdaşları öz əməlləri ilə cənab nazirin fəaliyyətini kölgə altında salır, polisə olan etibarı, inamnı itirir. 

Bütün bunların fonunda görünür DYP-nin bəzi rəis və inspektorları  və onların mülki geyimli “şillə vuran”ları qorxmur, köhnə əməllərini davam etdirirlər. Bu barədə cənab Ramil Usubova daha geniş formalı məktub göndəriləcək.

Yollarımızda gecə gündüz keşik çəkən, gecə gündüz insanların keşiyində duran polis əməkdaşlarının varlığını danmaq insafsızlıqdır. Onlar sözün həqiqi mənasında əsl polisdirlər və insanların keşiyindədirlər.

Amma onların bu qənaətbəxş edən fəaliyyətinə kölgə salan bəzi DYP rəisləri və əməkdaşlarının əməllərini də yazmaq lazımdır ki, həm yuxarı rəhbərlik, həm də insanlar bunları tanısın. Tam əminik ki, Daxili İşlər naziri Ramil Usubov belə polis rəsilərini və əməkdaşları cəzasız buraxmır.

Onlardan biri də Nizami rayon Dövlət Yol Polis İdarəsinin rəisi Firdovsi Yusubovdur.  Əslində onun və nəzarətindəki bəzi polis əməkdaşlarının bu rayonda bezdirici fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər mətbuatda dəfələrlə işıqlandırılıb. Hətta bir müddət əvvəl Bizimxeber.az olaraq biz də Koroğlu metrostansiyanının qarşısındakı biabırçı vəziyyət barədə məlumat vermişdik. 

Əsasən axşam saatlarında böyük tıxac və biabırçılıqla müşahidə olunan bu əraziyə nəzarət etmək mümük deyil. Ölkə başçısı İlham Əliyevin keçdiyi yolun üzərində yerləşən bu hissədə hər gün əsl biabırçılıq yaranır. Prezident keçdiyi saatlarda ərazidə 10-dan artıq DYP-nin nəzarət maşınları növbə çəkir. Bundan sonra isə biabırçılıq başlayır. Bu vəziyyət gecə saatlarına kimi davam edir. Ən qəribəsi odur ki, əraziyə nəzarət etməli olan Nizami DYP-nin əməkdaşları gözə dəymir, hərəkəti tənzimləmir. Körpülərin altında gizlənərək vəziyyətin daha da pisləşməsini gözləyirlər.

Bu dairədə çalışan taksi sürücüləri bildirirdi ki, Nizami rayon DYP- rəisi Firdovsi Yusubova Koroğlu metrosunun yaxınlığındakı məlum vəziyyət sərfedicidir. Həftədə iki dəfə DYP əməkdaşları reyd edərək dayanma-durma qaydasını pozduqları üçün 200-dən artıq sürücünü cərimələyir. Daha sonra isə çıxıb gedirlər. Cərimələr müxtəlif məbləğdə 40-60 manat arasında dəyişir.

Doğurdan da maraqlı vəziyyətdir, Nizami DYP-nin rəhbərliyi nədən konkret olaraq bu hissəyə nəzarət edə bilmir və ya burda bir qayda qanun yaratmır? Hansı səbəblərə görə, DYP-nin əməkdaşları əraziyə yalnız cərimə yazmaq üçün gəlir? Bu zaman nələr yaşanıır?

Bu suallara o zaman cavab verən olmasa da, ötən gün Nizami DYP-nin əməkdaşlarının Bizimxeber.az-ın baş redaktoruna qarşı etdiklərindən sonra vəziyyətin olduqca qəliz olduğu bəlli oldu. Təsəvvür edə bilirsinizmi baş redaktorla bu cür rəftar edən Nizami DYP-nin Vidadi adlı mülki işçisi (bu şəxsin fəaliyyətini araşdıracağıq) və Təbriz adlı əməkdaşı adi, qanunu bilməyən, kasıb, bir az da zəif vətəndaşla necə rəftar edir. Bunu anlamaq olduqca çətindir. 

Ümumiyyətlə, Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Firdovsi Yusubov barədə mətbuatda kifayət qədər neqativ məlumatlar yayılır. Amma ona hələ də heç kim “dur” demir. 

P.S

Ötən  gün axşam saatlarında Nizami rayon DYP əməkdaşlarının “Bizimxeber” Media Mərkəzinin baş redaktoru Ədil Hüseynliyə qarşı etdiyi qanunsuzluq barədə Daxili İşlər naziri Ramil Usubova müraciət ediləcək.

Nizami DYP -nin rəisi, hörmətli Firdovsi Yusubovun, özünü idarənin rəis müavini kimi təqdim edən Vidadi (?) adlı mülki geyimli şəxsin, polis əməkdaşı, çavuş Təbrizin baş redaktora qarşı hörmətsizliyi, qanunsuz əməlləri çılpaqlığı ilə mətbuatda işıqlandırılacaq.

İnanırırq ki, Daxili İşlər naziri, cənab Ramil Usubov baş redaktora qarşı edilən haqsızlıq barədə qanuni ölçü götürəcək.

Ədil Huseynli

 Bizimxeber.Az

Bizimesr.az


Загрузка...


Oxunub: 810 dəfə