ABŞ Qəzzanı pislədi, İsrailə dəstək verdi

  • Bölmə: Dünya  
  • Tarix: 5 may 2019 [15:14]

ABŞ Qəzza zolağından İsrail ərazisinə raketlərin atılmasını pisləyir.

The Jerusalem Post xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt çıxış edib. 

O qeyd edib ki, Vaşinqton İsraili dəstəkləyir. Qrinblatt dünya dövlətlərini də İsrail tərəfinin mövqeyini dəstəkləməyə çağırıb.

ABŞ-ın xüsusi nümayəndəsi Qəzza zolağının “bu təcavüzü”nün dayandırılmasının vacibliyini vurğulayıb.  (oxu.az)

Bizimesr.az


Загрузка...


Oxunub: 6970 dəfə