Amerikalı general NATO baş komandanı oldu

  • Bölmə: Dünya  
  • Tarix: 3 may 2019 [19:51]

ABŞ Hərbi Hava Qüvvələri generalı Tod Uelters NATO-nun Avropa qüvvələrinə komandanlıq səlahiyyətlərini Belçikanın Monse şəhərində  təntənəli şəkildə qəbul edib.

Bu haqda “RİA Novosti” məlumat yayıb.

Bu postda o Körtis Skaparottini əvəz edib.

Məlumata görə, mərasimdə NATO baş katibi Yens Stoltenberq də iştirak edib.

General Tod Uotersin  NATO Avropa qüvvələrinin ali baş komandanı olacağı mart ayının ortalarından məlum idi. Buna qədər o ABŞ-ın Avropa və Afrikadakı hərbi hava qüvvələrinin baş komandanı vəzifəsini tuturdu.

Bizimesr.az

 



Загрузка...


Oxunub: 6840 dəfə