Məşhur müğənninin 10 yaşlı qızı milyonçu oldu (FOTO/VİDEO)

Tatar əsilli müğənni Alsunun qızı musiqi yarışmasının qalibi olub. Müğənninin 10 yaşlı qızı Mikella Abramova birinci kanalda yayımlanan “Səs. Uşaqlar” yarışmasının dünənki finalında qalib seçilib. O, tamaşaçı səsverməsinin nəticələrinə əsasən, ifa etdiyi “Ты здесь” mahnısı ilə 56,5% səs toplayaraq finalda qələbə qazanıb.
Yarışmasının finalçısına bir milyon rubl mükafat və “Universal Russia” studiyasında sinql çıxarmaq imkanı verilib.
Lakin sosial şəbəkələrdə Alsunun qızının qalib olması birmənalı qarşılanmayıb. İzləyicilər qızın birinci yeri pulla aldığını, bəzi nömrələrdə biabırçı çıxış etdiyini yazıb. Bundan sonra Alsu instaqramda şərh bölməsini bağlayıb. Alsunun qızı isə verdiyi müsahibədə bildirib ki, ünvanına deyilən tənqidlər onu narahat etmir.
Məlumat üçün bildirək ki, Alsu zəngin iş adamı Ralif Rafiloviç Safın qızıdır. O, “Lukoyl” neft şirkətinin keçmiş vitse-prezidenti olub. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye İsxakovnamemardır. Ulduz tanınmış iş Yan Abromoviçlə evlidir. (Publika.az)

 

Bizimesr.az

Загрузка...






Oxunub: 12800 dəfə