Tramp Zelenskini təbrik etdi

  • Bölmə: Dünya  
  • Tarix: 22 apr 2019 [17:23]

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib. “Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə zəng vurub. O, danışığın gedişatında Zelenskini qələbə münasibətilə təbrik edib.

Qeyd edilir ki, danışıq Amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Lakin təfərrüatlar məlum deyil.

Xatırladaq ki, seçkilərdə keçirilmiş milli “exit poll”un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb.

Bizimesr.az

 


Загрузка...


Oxunub: 9570 dəfə