Ramazan ayında xüsusi əhəmiyyətə malik olan Qədir gecələri bu il müvafiq olaraq may ayının 23-25-i, 27 və 31-i tarixlərində qeyd olunacaq. Ramazan bayramı isə  iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.
Qeyd edək ki, bu il Türkiyədə Ramazan ayı 6-sı mayda başlasa da, qonşu dövlətdə bayram iyunun 4-də qeyd olunacaq.