Ramil Usubov yeni rəis müavini təyin etdi

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 13 apr 2019 [09:52]

Mingəçevir şəhər polis şöbəsinə yəni rəis müavini təyin edilib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Mingəçevir şəhər Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Ağayev Azay təyinat alıb.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsinin xidməti üzrə rəis müavini olub.

Bizimesr.az


Загрузка...


Oxunub: 9960 dəfə