Rafael Mehrəliyevin küçələrdəki qadın süpürgəçiləri – Adam sadəcə utanır – FOTO

Uzun illərdir Azərbaycanda yaşlı qadınların küçə süpürməsi, onların avtomobillərlə vurulması, qolu sarıqlı vəziyyətdə, soyuq havada, qarda, yağışda  işləməsi müzakirə mövzusudur. Sabiq mer Hacıbala Abutalıbov hər dəfə bu mövzu gündəmə gəldikdə “bu il bu məsələni həll edəcəyik, küçələrin təmizliyi üçün avtomobillər alınacaq” deyirdi. Üstündən illər keçdi, mer də dəyişdi. Amma hələ də bu küçə süpürən qadınları küçə təmizləyən avtomobillər əvəz etmədi ki, etmədi.

Üstəlik onların iş geyimi, əllərindəki süpürgələrin taxta hissəsinə bağlanmış sellofanlar sadəcə biabırçılıqdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev görəsən nə düşünür? Nədən yuxarı qurumlar qarşısında məsələ qaldırmır ki, buna birdəfəlik son qoyulsun.

 

Həmçinin bu qadınların geyim formasına nədən diqqət edilmir? Məlumat üçün bildirək ki, il ərzində büdcədən bu işçilərin geyim və lazımı avadanlıqlarla təminatı üçün külli miqdarda vəsait ayrılır. Amma təəssüflər olsun ki, Rafael Mehrəliyev kimilər bu vəsaiti tamam başqa yerlərə xərcləyir.

 

Türistlərlə dolu olan paytaxtımızdakı bu mənzərəni necə gizlədə bilərik? 2019-cu il, XXI əsr. Biz hələ çiynimizdə süpürgə küçə təmizləməyə gedirik?

 

 


Загрузка...


Oxunub: 13060 dəfə