Sloveniya Xorvatiyadakı səfirini geri çağırır

  • Bölmə: Dünya  
  • Tarix: 10 apr 2019 [10:35]

Sloveniya hökuməti Xorvatiyadakı səfirini geri çağırıb. Bizimxeber.az xəbər verir ki, buna səbəb Xorvatiya xüsusi kəşfiyyat orqanlarının Sloveniyada fəaliyyəti ilə əlaqədar baş verən münaqişədir.

Sloveniya Baş naziri Maryan Şarets bununla əlaqədar Təhlükəsizlik Şurasının iclasını da keçirib. Eyni zamanda, Xorvatiya səfiri Sloveniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, münaqişə hələ 2009-cu ildə iki ölkənin Adriatik dənizinin şimalındakı dəniz və quru sərhəd bölgüsü səbəbindən baş verib. Ötən ilin əvvəlində Sloveniyanın sabiq baş naziri Miroslav Tserar ərazi bölgüsünü nəzərdə tutan əvvəlcədən razılaşdırılmış sazişi imzalamaqdan imtina edib və münaqişənin həllini daha da çətinləşdirib.

Bizimesr.az


Загрузка...


Oxunub: 4830 dəfə